RU

Rüşvətxorluğa qarşı yeni dövlət standartı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 37001:2021 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartının dövri yoxlaması aparılıb. Nəticədə, ISO 37001:2025 beynəlxalq standartı əsasında yeni AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.

Bu barədə AZSTAND məlumat yayıb.

Bu standart rüşvətxorluq risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üçün vahid metodologiya təqdim edir, şəffaflığın təmin edilməsi və etik davranışların təşviqinə şərait yaradır.

Sözügedən yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) konsensus əsasında qəbul edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Qeyd: AZS ISO 37001:2025 “Rüşvətxorluğa qarşı idarəetmə sistemləri. Tələblər və istifadəyə dair rəhbəredici göstərişlər” dövlət standartı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq tələblərinin icrası məqsədi ilə qəbul edilib./pravda.az/

Избранный
47
50
turkustan.az

10Источники