RU

Azərbaycanda süni göllər əvvəlki vəziyyətinə qaytarıla bilərmi? (VİDEO)

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Sərsəng və Suqovuşan su anbarlarının işğalı bir vaxtlar fəaliyyət göstərən süni göllərin fəaliyyətini iflic etmişdi.

İndi əsas su mənbələrinin azad olunması süni göllərin fəaliyyətinə də inamı artırıb.

İşğal dövründə Sərsəng və Suqovuşandan Tərtər çay hövzəsinə su yalnız qış aylarında buraxılıb. Yay mövsümündə isə suyun verilməsinin tamamilə dayandırılması, yerin alt qatında da su ehtiyatlarının çəkilməsinə səbəb olub.

İşğaldan azad edildikdən sonra, Suqovuşan su anbarından dövlət proqramı çərçivəsində beton su kanalı çəkilib. Bu da uzun illər Tərtər, Goranboy və Yevlax rayonlarının susuzluqdan əziyyət çəkən bəzi kəndlərinin su təminatını ödəyir. Sakinlər yaxın gələcəkdə Bərdə ərazisinə də kanalların çəkilməsini daha məqsədəuyğun sayırlar.

Çünki, bununla həm suya olan ehtiyacları ödənər, həm də süni göllər əvvəlki vəziyyətinə qayıdar.//Xəzər TV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
50
qaynarinfo.az

10Источники