RU

Azərbaycan cüdoçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.

Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, milli komandanın üzvü Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. 48 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçu bürünc medal qazanıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.

Избранный
28
50
xalqqazeti.az

9Источники