RU

ABŞ senatoru Van Hollen Trampın Putin tərəfindən “aldadıldığını” deyib

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ senatoru Kris Van Hollen avqustun 15-də Alyaskada görüş zamanı prezident Donald Trampın Rusiya prezidenti Vladimir Putin tərəfindən “bir daha aldadıldığını” iddia edib.

Bizimyol.info xəbər verir ki, "ABC News"un "Bu həftə" verilişində çıxış edən demokrat senator Van Hollen Tramp-Putin görüşünü dəyərləndirib.

Senator: "Tramp Putin tərəfindən növbəti dəfə aldadıldı. Putin Amerika torpağında qırmızı xalıda qarşılandı. Amma nə atəşkəs oldu, nə də Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında yaxın görüş oldu", - deyib.

Van Hollen Trampın görüşdən əvvəl qaldırdığı sanksiyalardan “kənara çəkildiyini” ifadə edərək, Trampın da Putin tərəfindən tərifləndiyini vurğulayıb.

O vurğulayıb ki, Konqres və Senat Rusiya və Putinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi üzərində işləməlidir.

Van Hollen, Putinin görüşdən əvvəl tək bir məqsədi olduğunu və bundan sonra da bu hədəfdən əl çəkmədiyini bildirib. O, Trampın ümid etdiyi atəşkəsə “hətta nail ola bilmədiyini” müdafiə edərək, görüşü Putin üçün “qələbə” hesab edib.

Xatırladaq ki, avqustun 15-də Alyaska ştatının Ankoric şəhərində Tramp və Putin üç saatlıq görüş keçirib, ABŞ lideri əhəmiyyətli irəliləyiş əldə etdiklərini, lakin yekun razılığa gələ bilmədiklərini açıqlayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
49
50
icma.az

10Источники