RU

Azərbaycanda yonca sahələrinin sığortalanmasına start verildi – Şərtlər və qiymətlər

Finss.az - Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində yonca sahələrinin sığortalanmasına start verilib.

Bu addım fermerlər üçün həm iqtisadi təhlükəsizliyi artırır, həm də məhsul itkilərinin qarşısını almağa kömək edir. Yonca, ölkəmizdə ən geniş şəkildə əkilən yem bitkilərindən biridir və onun sığortalanması fermerlərin gəlirini qorumaq baxımından böyük əhəmiyyət daşıyır.

Yonca Azərbaycanda ən çox əkilən yem bitkisidir. Son məlumatlara görə, ölkə üzrə 87 min nəfərə yaxın fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir.

Ən çox yonca sahələri Qarabağ (37 min ha), Mil Muğan (36 min ha)Mərkəzi Aran (29 min ha) iqtisadi rayonlarında yerləşir. Rayonlar üzrə sahələr isə aşağıdakı kimi paylanıb:

  • Ağcabədi – 14,2 min ha

  • Beyləqan – 13,5 min ha

  • Bərdə – 11,5 min ha

  • Yevlax – 8,7 min ha

  • İmişli – 8,6 min ha

Yonca həm böyük tələbatı, həm də ildə bir neçə dəfə məhsul verməsi səbəbilə iqtisadi cəhətdən əlverişli və fermerlər üçün gəlirli bitki sayılır.

Sığorta haqqı və dövlət dəstəyi

Sığorta qaydalarına görə, sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir, fermer yalnız qalan hissəsini ödəyir.

Məsələn, Mil Muğan regionunda 1 hektar yonca sahəsindən 200 sentner məhsul, hər sentnerin qiyməti 20 AZN proqnozlaşdırılsın. Bu halda:

  • 1 hektar sahədən gözlənilən məhsulun ümumi dəyəri: 4000 AZN

  • Region üzrə sığorta tarifinin 1,52% olması nəzərə alınaraq: 60,8 AZN

  • Dövlət dəstəyi 50% olduqda, fermer yalnız 30,4 AZN ödəyərək sahəni sığortalaya bilər.

Bu mexanizm fermerlər üçün həm əlçatan, həm də sərfəlidir.

Fermerlər yonca sahələrini sığortalamaq üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Sığorta şərtləri, tariflər və əhatə olunan risklər haqqında ətraflı məlumat Aqrar Sığorta Fondunun rəsmi saytında mövcuddur. Əlavə olaraq, Fondun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlayaraq məlumat əldə etmək mümkündür.

Əlavə bax: Qarabağ və Şərqi Zəngəzurda faydalı qazıntı yataqları qiymətləndiriləcək

 

Избранный
12
18
fins.az

10Источники