ain.az bildirir, Idmanxeber.az portalına istinadən.
Transfer çalışmalarını davam etdirən “Turan Tovuz” bir neçə oyunçu ilə danışıq aparır. Bir müddətdir Marko Veşoviçlə maraqlanan Tovuz təmsilçisi oyunçunu heyətinə cəlb etmək istəyirdi.
Mətbuatda tərəflər arasında razılıq əldə olunduğu iddia edilsə də, yayılan xəbərlər doğru deyil. Tovuz klubu Veşoviçlə danışıq aparsa da, futbolçu ilə ortaq məxrəcə gələ bilmir.
Təcrübəli yarımmüdafiəçinin “Turan Tovuz”a keçmə ehtimalı xeyli azdır. Artıq rəhbərliyin ondan vaz keçdiyi bildirilir.
Markonun Azərbaycan klubuna transferi alınmayıb.
Xatırladaq ki, 33 yaşlı futbolçu 2021-ci ildən “Qarabağ”da çıxış edirdi. O, hazırda azad agentdir.
İdmanxeber.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.