Yeniavaz saytından alınan məlumata görə, ain.az bildirir.
Qaradağ rayonu Müşfiqabad qəsəbəsi sakini Tural Rəsulzadə iddia edir ki, “Azərişıq” ASC-nin qaynar xəttində 35 dəqiqə gözləsə də, zənginə cavab verilməyib.
Yeniavaz.com-a müraciət edən T. Rəsulzadə bildirir ki, avqustun 16-da elektrik enerjisinin kəsilməsi ilə əlaqədar 199-la əlaqə saxlayıb.
“Məni 34 dəqiqə 53 saniyə xətdə gözlədib sonra da cavab vermədən zəngi başa çatdırdılar. Birinci xətdə 16-cı idim, 23 dəqiqə gözlədikdən sonra 1-ci oldum. 10 dəqiqə “operatora bağlayırıq” dedikdən sonra zəngi açmadan söndürdülər”, - qəsəbə sakini deyir.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə ünvanladığımız sorğu cavabsız qalıb.Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.