RU

Metenin klipindəki LGBTQIA+ bayrağı müzakirə yaratdı

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni təqdim etdiyi “Ofis himni” klipində LGBTQIA+ bayrağının görünməsinə dair yayılan müzakirələrə münasibət bildirib.

Dərgi.az xəbər verir ki, sənətçi açıqlamasında bildirib ki, kadrlar təsadüfən lentə alınıb və təbliğat məqsədi daşımır. O, qeyd edib ki, şeir və musiqi dəqiq elm deyil, daha çox hisslərə və emosional vəziyyətə bağlıdır:

“Mənim və Əlif Cahangirin birgə ərsəyə gətirdiyimiz klipdə kadrlar sözlərə uyğun montaj edilib. Mahnının “Nə qədər fərq var, nə qədər eynilik, bu qədər fərqliliklə eyniyik” hissəsində Stokholmda lentə aldığımız LGBTQIA+ bayrağı sizdə niyə təəccüb doğurur? Axı Stokholmda hər yerdə bu bayraqlar var və insanlar onlarla gəzirlər”, – deyə ifaçı bildirib.

 

Избранный
16
33
dergi.az

10Источники