RU

Dünyada bir ilk: Robot analar insan körpələri dünyaya gətirəcək

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Çində alimlər, bir körpəni doqquz ay ərzində bətnində daşıyıb dünyaya gətirə biləcək ilk robotu hazırladıqlarını açıqlayıblar.

Sherg.az xəbər verir ki, Çində, Quançjou mərkəzli Kaiwa Technology şirkətinin qurucusu Dr. Çjan Çifeng, süni bətn texnologiyasının artıq “yetkin bir mərhələyə” çatdığını bildirib.

Çjan deyib: “Texnologiyanı artıq robotun qarnına yerləşdirməyimiz lazımdır ki, insanla robot arasında qarşılıqlı əlaqə qurularaq hamiləlik prosesi baş tuta bilsin.”

9 aylıq hamiləlik prosesi

Robotun qarnında yerləşəcək süni bətn daxilində körpə borular vasitəsilə aldığı qida ilə böyüyəcək və süni amniotik maye içində inkişaf edəcək. Doqquz ayın sonunda isə canlı bir körpənin dünyaya gələcəyi bildirilir.

Prototipin gələn il təxminən 100 min yuan (təqribən 10 min funt sterlinq) qiymətə satışa çıxarılması gözlənilir. Lakin embrionun süni bətnə necə yerləşdiriləcəyi və mayalanmanın necə baş verəcəyi barədə hələlik ətraflı məlumat verilməyib.

Elmi keçmiş və mübahisələr

Dr. Çjan bildirib ki, bu fikir tamamilə yeni deyil. Daha əvvəl alimlər vaxtından əvvəl doğulan quzuları “bio-torba” içində bir neçə həftə yaşatmağı bacarmışdılar. Amma bu inkişaf etik və hüquqi baxımdan böyük mübahisələr doğurur.

Çjan, Quanqdun vilayət rəsmiləri ilə siyasət və qanun layihələri barədə müzakirələr apardığını, texnologiyanın Çində artan sonsuzluq probleminə (2007-ci ildə 11,9%, 2020-ci ildə isə 18%) çıxış yolu ola biləcəyini irəli sürür.

“Anəlik bağını qoparır”

Buna qarşı çıxan mütəxəssislər isə texnologiyanı “problematik” adlandırır. Onların fikrincə, ana ilə körpə arasındakı təbii bioloji prosesləri elm heç vaxt tam təkrarlaya bilməz.

2022-ci ildə Filadelfiya Uşaq Xəstəxanasının tədqiqatçıları da bu cür texnologiyanın hamiləliyi “xəstəlik kimi” göstərə biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Digər tərəfdən, bəzi mütəxəssislər süni bətnlərin qadınları hamiləliyin risklərindən xilas edə biləcəyini, bədənin yükünü aradan qaldıraraq onları azad edə biləcəyini bildirirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
39
2
sherg.az

10Источники