RU

Restoranın tüstü bacası yaşayış binasının sakinlərinə problem yaradır ŞİKAYƏT FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Azadlıq prospektində yerləşən “Leo Port Burger” restoranı ilə qonşu binaların sakinləri arasında ciddi narazılıq yaranıb.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, restoranın tüstü bacasından yayılan kəskin qoxu onların gündəlik həyatına mənfi təsir göstərir.

Şikayətçilər bildirirlər ki, tüstü və qoxu səbəbindən pəncərələrini aça bilmirlər, gün boyu kondisionerdən istifadə etməyə məcbur qalırlar. Bu isə əlavə xərclərə gətirib çıxarır. Bundan başqa, tüstü bacasından çıxan yağ damcıları pəncərə və eyvanlara sıçrayaraq mənzillərin təmizliyinə də ziyan vurur.

Qanunvericiliyə əsasən, ictimai iaşə obyektlərinin havaya normadan artıq tullantı atıb-atmadığına Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Lakin sakinlərin sözlərinə görə, problem yalnız ekoloji məsələ ilə məhdudlaşmır. Buraya həmçinin binaların memarlıq görünüşü və texniki təhlükəsizlik məsələləri də daxildir.

Eltac Züflüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
12
avtosfer.az

10Источники