FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının ilk pley-off matçına təyinat alıb.
"Football-plus.az" xəbər verir ki, 37 yaşlı referi "Polessye" (Ukrayna) - "Fiorentina" (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu (dördüncü hakim) kömək edəcək. Matçın VAR hakimi Robert Şröder (Almaniya), VAR hakiminin köməkçisi isə İnqilab Məmmədov təyin edilib.
Oyun avqustun 21-i Slovakiyanın Preşov şəhərindəki "Tatran" stadionunda keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта