RU

Qurumuş tərəvəzlər belə mənzərə yaratdı - Fotolar

Türkiyənin Qaziantep şəhəri yalnız zəngin mətbəxi ilə deyil, həm də rəngarəng kənd təsərrüfatı ilə turistlərin diqqətini cəlb edir.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, yay aylarında şəhərin yüksək təpələrində asılan rəngli bibər, badımcan və balqabaqlar günəşin altında quruyarkən bölgəyə özünəməxsus gözəllik də bəxş edir.

Belə ki, tarlalardan yığılan tərəvəzlərin içi əvvəlcə qadınlar tərəfindən təmizlənir. Daha sonra ipə düzülərək taxta rəflərə asılır və günəşin istisində təbii şəkildə quruyur. 

Bu proses nəticəsində həm bölgəyə xas ləzzətlər ortaya çıxır, həm də turistlər üçün cəlbedici vizual mənzərə yaranır.















Избранный
37
45
qafqazinfo.az

10Источники