RU

Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəkləyirik - İran XİN

“Azərbaycan və Ermənistan arasında imzalanan bəyanat iki ölkənin suveren qərarıdır və Tehran bu addımı dəstəkləyir”.

Missiya.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Biz keçmişdə olduğu kimi, iki ölkə arasında davamlı təhlükəsizlik və sabitliyə yol açacaq sülh sazişinin paraflanmasını dəstəkləyirik,” - deyə siyasətçi vurğulayıb. 

Bəqai bildirib ki, İran region ölkələri arasında kommunikasiya marşrutlarının yaradılmasının tərəfdarıdır, lakin bu proses beynəlxalq səviyyədə tanınmış sərhədlərə və ərazi bütövlüyünə hörmətlə həyata keçirilməlidir. 

O xarici qüvvələrin bölgədə mövcudluğuna dair narahatlıqlara toxunaraq deyib ki, Tehran bu məsələni qaldırıb. 

Bəqainin sözlərinə görə, sülh sazişinin mühüm müddəalarından biri də Azərbaycan və Ermənistan sərhədləri boyunca üçüncü tərəflərin hərbi qüvvələrinin yerləşdirilməməsidir.

Daşqın HəsənovMissiya.Az

Избранный
57
13
missiya.az

10Источники