RU

AYNA-dan növbəti BİABIRÇILIQ: Avtobuslardakı bərbad vəziyyət sərnişinləri CANA YIĞIB – ŞİKAYƏT/FOTO

Biletim.az, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyəti ilə bağlı sərnişinlərin narazılığı artmaqdadır.

Yenicag.az-a daxil olan şikayətdə qeyd olunur ki, Bakı-Qusar marşrutu üzrə fəaliyyət göstərən avtobusların bəzilərində onlayn bilet sistemi vasitəsilə satılan yerlər arasında sərnişin daşıma şərtlərinə uyğun gəlməyən, kustar üsulla hazırlanmış və istismara yararsız oturacaqlar da var.

Şikayətçi bildirir ki, onlayn bilet alarkən sərnişinlər oturacağın normal, yoxsa bərbad vəziyyətdə olduğunu əvvəlcədən müəyyənləşdirə bilmir. Bu isə həm rahatlığı, həm də təhlükəsizliyi ciddi şəkildə şübhə altına salır.

O, əlavə edib ki, belə oturacaqlarda 3 saata yaxın fasiləsiz oturmaq sərnişinlər üçün həm fiziki, həm də psixoloji baxımdan son dərəcə əziyyətlidir.

Избранный
29
15
moderator.az

10Источники