ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Xaçmazın Köhnə Xaçmaz kəndində Qudyalçayın üzərində yerləşən, uzun müddət qəzalı vəziyyətdə olan və istifadəyə yararsız piyada keçidi yenilənib. Bizim.Media-nın gündəmə gətirdiyi problemə rəsmi qurumlar dərhal reaksiya verib.
Bu ilin aprel ayında intensiv yağıntılardan sonra tam yararsız hala düşən körpünün yenidən qurulması üçün Xaçmaz Rayon İcra Hakimiyyəti aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb.Məsələ ilə bağlı Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi operativ tədbir görüb. Agentliyin sifarişi əsasında “Körpü-Bina” MMC-nin əməkdaşları iki ay ərzində uçub-dağılmış piyada keçidini yenidən inşa ediblər. Uzunluğu 45 metr olan yeni körpü artıq sakinlərin istifadəsinə verilib.Bu gün Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənddə inşa olunan piyada körpüsünə baxış keçirib. Kənd sakinləri görülən işlərdən razılıqlarını bildiriblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.