RU

Arif Əsədov: Bu mövsüm çempionluq uğrunda 4 komanda mübarizə aparacaq

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

UEFA-nın Bakıda keçirilən məşqçi kurslarında təlimatçı kimi çalışan Arif Əsədov Misli Premyer Liqasında yeni mövsümün startı ilə bağlı fikirlərini bölüşüb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin sabiq məşqçisi AZƏRTAC-a açıqlamasında komandaların yeni "futbol ili"nə hələlik tam adaptasiya olmadığını bildirib.

İlk turda dörd oyun keçirildiyini deyən mütəxəssis vurğulayıb ki, nəticə və oyun baxımından xüsusi nəsə görə bilmədik: "Bu da məlum məsələdir. Çünki ilk turlarda komandalar eyni səviyyədə mübarizə aparır. Qarşıdakı matçlarda fərqləri qabarıq şəkildə görəcəyik".

O, çempionluq uğrunda 4 komandanın mübarizə aparacağını söyləyib: "Bunlar "Qarabağ", "Neftçi", "Sabah" və "Zirə"dir. "Araz-Naxçıvan" ilə "Turan Tovuz" Konfrans Liqasına vəsiqəyə əsas namizəddirlər. Düşünürəm ki, "Şamaxı" və "Sumqayıt"ı da bu siyahıya əlavə etmək olar. Onların mövsüm ərzində liderlərə çətinlik yaşadacaqlarını fikirləşirəm. "Karvan-Yevlax", "İmişli", "Kəpəz" və "Qəbələ" isə Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlar. Əvvəl dediyim ki, 3-4 tur keçdikdən sonra bütün klublar barədə daha geniş danışmaq mümkün olacaq”.

Qeyd edək ki, I turun baş tutan 4 matçında “Turan-Tovuz” “İmişli”ni (1:0), "Sumqayıt" "Kəpəz"i (3:0) məğlub edib. "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" görüşlərində 1:1 hesablı heç-heçə qeydə alınıb. Turun “Sabah” - “Qarabağ” matçı təxirə salınıb. “Zirə” – “Araz-Naxçıvan” oyunu isə avqustun 19-da keçiriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
27
icma.az

10Источники