RU

“Məhəllələr uşaqların oyun meydançası yox, maşın dayanacağına çevrilib”

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev şəhər məhəllələrində uşaqlar üçün təhlükəsiz mühitin yaradılmamasından narahatlığını bildirib.

AzPost xəbər verir ki, onun sözlərinə görə, hazırda yaşayış ərazilərinin əksəriyyətində həyətlər avtomobil dayanacağına çevrilib və bu vəziyyət uşaqların sağlam böyüməsinə mane olur.

Ekspert qeyd edib ki, “Uşaqlar gələcəyimizdir” deyib fəxr etsək də, əslində gələcəyimizi avtomobillərin təkərləri altında sıxışdırırıq. “Uşaqlar küçədə top qovmaq yerinə, dəmir yığını arasında nəfəs almağa məcbur qalır”, – deyə o vurğulayıb.

Ağamirzəyevin fikrincə, uşaqlara oyun və istirahət üçün xüsusi yerlər ayrılmadıqca, sağlam cəmiyyət qurmaqdan danışmaq çətindir. “Əgər uşaqlara yer ayırmırıqsa, sabaha da iddiamız yoxdur. Gələcəyimizə sahib çıxmaq istəyiriksə, əvvəlcə məhəllələrimizi uşaqlara qaytaraq”, – deyə ekspert əlavə edib.

Mütəxəssislər hesab edirlər ki, bu məsələdə həm yerli icra hakimiyyətlərinin, həm də bələdiyyələrin məsuliyyəti artırılmalı, yeni tikililərdə oyun meydançaları və yaşıllıq zolaqlarının ayrılması məcburi şərt kimi tətbiq edilməlidir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
46
28
azpost.info

10Источники