RU

ABŞ-nin vasitəçiliyi və Ukrayna-Rusiya münasibətləri

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında baş tutacaq görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Yeganə Hacıyeva bildirib ki, Zelenski ilə Tramp arasında baş tutacaq görüşü Rusiya-Ukrayna və ABŞ kontekstində, yəni ABŞ-nin tənzimləyici rolunu nəzərə alaraq dəyərləndirmək lazımdır. Bu iclasları sadəcə rəsmi görüşlər kimi yox, bundan əvvəlki Əbu Dabi görüşləri ilə bağlı kontekstdə qiymətləndirmək vacibdir:

"Əbu Dabi görüşləri daha çox Rusiya və Ukrayna danışıqlarından kənarda, ABŞ-Rusiya dialoqu ilə yadda qaldı və razılaşmalar baxımından önəmli idi. Daha sonra bəzi ekspertlər, xüsusilə ölkəmizdə, Vladimir Putinin Alyaskaya səfərini Rusiyanın qalibiyyəti kimi təqdim etməyə çalışdılar. Lakin bu, doğru deyil. Görüş qarşılıqlı mesajların verilməsi və subliminal siqnallarla keçdi, ABŞ və ya Rusiyanın üstünlüyünü iddia etmək üçün bu gün üçün əsaslar yoxdur".

Yeganə Hacıyeva: Zelenski ilə Tramp görüşündən xüsusi nəticə gözləmək doğru deyil

Müsahibimiz qeyd edib ki, danışıqların nəticəsi olaraq, Rusiyanın nəzarətində olan ərazilərlə bağlı müəyyən güzəştlər əldə edilib. Rusiya Ukraynanın bəzi ərazilərini tanımağa söz verib və bu, Donbassla bağlı razılaşmaların əldə olunmasına şərait yaradır. Bu isə Ukrayna üçün xeyirli bir məqamdır, çünki danışıqlar nəticəsində beş vilayətlə bağlı narahatlıqlar azalıb:

"Tramp-Zelenski görüşündən xüsusi nəticə gözləmək doğru deyil. Görüş daha çox əvvəl razılaşdırılmış mövzuların davamı və Ukrayna-Rusiya danışıqlarının tərkib hissəsi kimi qiymətləndirilməlidir. Burada ABŞ biznesinin Ukrayna resurslarının işlənməsində iştirakı, həmçinin Rusiyada da fəaliyyət göstərən eyni biznes şəbəkəsi nəzərə alınmalıdır. Bu uzlaşmalar, potensial olaraq, müharibənin dayandırılmasına şərait yarada bilər".

Həmsöhbətimizə görə, son illərlə müqayisədə dəyişən əsas məqam odur ki, mövcud şərtlər çərçivəsində Ukrayna üçün müəyyən uğurlardan danışmaq mümkündür. Bu, ümumi müharibədən əvvəlki vəziyyətlə müqayisədə deyil, hal-hazırkı dövr üçün Ukrayna xeyrinə bir nəticədir. Həmçinin, Putinin Alyaskadakı hərbi bazada görüşməsi artıq Rusiyanın tam üstünlüyünü göstərmir, bu daha çox subyektiv diplomatik statusun ifadəsidir.

Əli Hüseynov

Избранный
74
50
bakivaxti.az

10Источники