RU

Məhşur Türk xalq artisti vəfat edib

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,müğənninin vəfat xəbərini həmkarı və aktrisa Melike Demirağ sosial şəbəkə hesabında açıqlayıb:
“Əziz gənclik dostum, həmkarım, keçmiş baldızım, Banu bu dünya ilə vidalaşdı. Ruhu nurda olsun. Onu heç vaxt unutmayacağıq.” Eyni zamanda, Prof. Dr. Şengül Hablemitoğlu sosial mediada paylaşım edərək Kırbağın vəfatını böyük kədərlə qarşıladığını bildirib:
“Uşaqlığımın ən gözəl səslərindən biri idi. Onun mahnıları yaddaşımıza həkk olunub. Bu xəbəri eşidəndə gəncliyimizdən bir parça daha itirdiyimizi hiss etdim.” Banu Kırbağ musiqi karyerasına 1969-cu ildə məktəb orkestrində solist kimi başlayıb. İstanbul Bələdiyyə Konservatoriyasında təhsil aldıqdan sonra peşəkar səhnə fəaliyyətinə qədəm qoyub. 1972-ci ildə qardaşı ilə birlikdə qrup quran sənətçi, dörd 45-lik və bir albomdan sonra solo karyerasına yönəlib. 1978-ci ildə ifa etdiyi “Ölsem de Bir Kalsam da Bir”“Unutulmaz” mahnıları ilə böyük uğur qazanıb. 1982-ci ildə çıxardığı “Anlatıyorum” albomu gözlənilən nəticəni verməsə də, Kırbağ bəstəkarlıq fəaliyyətinə başlayaraq 1984-cü ildə şairlərin əsərlərinə yazdığı musiqilərlə də böyük rəğbət toplayıb.

 

Избранный
13
3
Ajans.az

10Источники