RU

Rusiya Xarkovu vurdu: Matəm elan olundu

Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində 4 nəfər həlak olub, 18 nəfər isə xəsarət alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O qeyd edib ki, 5 nəfər itkin düşmüş hesab olunur:

"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər".

***

Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində 5 nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.

Bu barədə şəhərin meri İqor Terexov bildirib.

Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov isə həlak olanlar arasında 2 uşağın olduğunu qeyd edib:

“Zərbə nəticəsində 6 uşaq xəsarət alıb”.

axar.az

Избранный
71
20
hurriyyet.az

10Источники