Rusiya Silahlı Qüvvələrinin Xarkovda çoxmərtəbəli binaya endirdiyi zərbələr nəticəsində 4 nəfər həlak olub, 18 nəfər isə xəsarət alıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
O qeyd edib ki, 5 nəfər itkin düşmüş hesab olunur:
"İlkin məlumata görə, onlar dağıntılar altında ola bilərlər".
***
Rusiya Silahlı Qüvvələrinin Xarkova PUA ilə hücumu nəticəsində 5 nəfərin həlak olması və 30 mülki şəxsin yaralanması ilə əlaqədar matəm elan edilib.
Bu barədə şəhərin meri İqor Terexov bildirib.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov isə həlak olanlar arasında 2 uşağın olduğunu qeyd edib:
“Zərbə nəticəsində 6 uşaq xəsarət alıb”.
axar.az