RU

Aclıq, müharibə, ölüm… Sudan faciəsi dərinləşir

Aclıq,

Sudanın qərbindəki Darfur bölgəsi bir daha qanlı hücuma şahid olub. Sudan ordusuna qarşı vuruşan Sürətli Dəstək Qüvvələri (RSF) Şimal Darfurun paytaxtı Əl-Faşir yaxınlığında yerləşən Abu Şuk məcburi köçkünlər düşərgəsini ağır artilleriya atəşinə tutub. Sudan Həkimlər Birliyinin açıqlamasına görə, hücum nəticəsində 31 nəfər həlak olub, 13 nəfər yaralanıb.Həlak olanların arasında 7 uşaq və hamilə qadın da var. Yerli müqavimət komitələri bildirir ki, hücum səhərin erkən saatlarında başlayıb və saatlarla davam edib. Düşərgənin infrastrukturu və şəxsi mülklərə ciddi ziyan dəyib.Keçən həftə də RSF eyni düşərgəyə hücum edərək 40-dan çox dinc sakini qətlə yetirmişdi. Paramilitar dəstələr uzun müddətdir Əl-Faşiri ələ keçirmək üçün əməliyyatlar aparır. Bu şəhər Darfurda Sudan ordusunun əlində qalan son mühüm baza hesab olunur.Abu Şuk və yaxınlıqdakı Zamzam düşərgəsi bölgədəki zorakılıq səbəbindən davamlı hücumlara məruz qalır. Döyüşlər və aclıq nəticəsində yüzminlərlə insan evlərini tərk etməyə məcbur qalıb. 2023-cü ilin aprelində başlayan vətəndaş müharibəsindən sonra təxminən 14 milyon insan köçkünə çevrilib. Xüsusilə Darfur düşərgələrində aclıq böyük humanitar böhrana səbəb olub.Darfurda baş verən qətliamlar, təcavüz halları və kütləvi köç səbəbindən Beynəlxalq Cinayət Məhkəməsi (BCM) mümkün müharibə cinayətləri və insanlığa qarşı cinayətlər üzrə istintaq aparır. Lakin hücumlar göstərir ki, dinc sakinlərin müdafiəsi üçün tədbirlər hələ də kifayət etmir.Ulusum.az

Diqqət Çəkənlər

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı - VİDEO

FHN: Ötən həftə 5 nəfərin meyiti tapılıb

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb

Избранный
46
3
ulusum.az

10Источники