Bazar ertəsi hərraclarda benzinin birja qiyməti artmaqda davam edib, Aİ-92 markalı benzinin qiyməti rekord qırıb.
NOCOMMENT.az xəbər verir ki, bua barədə Sankt-Peterburq Beynəlxalq Ticarət Birjası məlumat yayıb.
Bazar ertəsi günü AI-92 markalı benzin 1,28% bahalaşaraq bir ton üçün 71,309 min rubl təşkil edib və bununla da 2023-cü ilin sentyabrında əvvəlki rekord həddi – 70,508 min rubl/tonu keçib.
Rusiya Federasiyasının Avropa hissəsinin ərazi indeksinə görə Aİ-95 markalı benzinin qiyməti bir gündə 1,86% artaraq bir ton üçün 80,3 min rubl təşkil edib. Buna baxmayaraq, bu, avqustun 12-də əldə edilən əvvəlki maksimum 80,51 min rubl/ton qiymətindən hələ də aşağıdır.
Yay dizel yanacağının dəyəri 0,93% artaraq bir ton üçün 59,274 min rubl təşkil etdi. Mazutun qiyməti 3,25% artaraq bir ton üçün 23,642 min rubla, təyyarə yanacağı (aviasiya kerosini) 0,3% ucuzlaşaraq bir ton üçün 71,408 min rubl təşkil edib. Mayeləşdirilmiş neft qazlarının qiyməti 4,09% azalaraq ton üçün 20,274 min rubl təşkil edib.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksandr Novak Energetika Nazirliyinin yanacaq istehsalçıları üçün benzinin ixracına qoyulan qadağanın bütün sentyabr ayı, qeyri-istehsalçılar üçün isə oktyabrın sonunadək uzadılması təklifini dəstəkləyib.
Hökumət daxili bazarın yanacaqla tam təmin olunduğunu qeyd edib. Hökumət həmçinin neft şirkətlərinə kifayət qədər yanacaq satış səviyyəsini saxlamağı və neft şirkətlərinin birjada bir-birindən mal almasının qarşısını almağı tövsiyə edib. Novak yanacağın topdansatış qiymətlərinin sabitləşdirilməsi üçün uzunmüddətli tədbirlərin işlənib hazırlanmasını və yanacaqdoldurma məntəqələrinin marginallığına nəzarəti davam etdirməyi tapşırıb.