Bakı, 18 avqust, AZƏRTAC
İtaliyanın “Napoli” komandası ciddi itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos"la yoldaşlıq oyununda zədələnən Romelu Lukakunun durumu yaxşı deyil.
Tibbi müayinədən sonra belçikalı forvardın sol bud əzəzləsində yırtıq aşkarlanıb. Ulduz futbolçunun müalicə prosesinin ən azı 3 ay çəkəcəyi və onun yaşıl meydanlara 2026-cı ilin yanvar ayında qayıdacağı gözlənilir.
İddiaya görə, “Napoli” rəhbərliyi Lukakunun zədələnməsindən sonra hücum xəttini gücləndirmək üçün yenidən transfer bazarına üz tutmağa hazırlaşır.