RU

Mərkəzi Bank valyuta dəyişmə məntəqəsinin lisenziyasını müvəqqəti dayandırdı: açıqlama

Azərbaycan Mərkəzi Bankı valyuta dəyişmə məntəqəsi “Meta-Kapital” MMC-nin lisenziyanın dayandırılması barədə qəbul edib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, requlyator tərəfindən “Meta-Kapital” MMC-də aparılan cari nəzarət prosesləri çərçivəsində verilmiş icrası məcburi göstərişə əməl edilmədiyi, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 3.7-ci, 4.10-cu, 5.2-ci, 6.6-cı və 6.7-ci bəndlərinin tələblərinin pozulması, 3.6-cı, 4.7-ci və 6.5-ci bəndlərinin tələblərinin pozulmasının təkrar baş verməsi halları müəyyən edilib.

Aşkar olunmuş pozuntu hallarının aradan qaldırılması və fəaliyyətin müvafiq qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması məqsədi ilə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 13-7.1.2-ci və 13-7.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Bankın qərarı ilə valyuta mübadiləsi əməliyyatlarının aparılması üçün “Meta-Kapital” MMC-yə verilmiş 13.05.2022-ci il tarixli, VMF-05 nömrəli lisenziyanın qüvvəsi 18.08.2025-ci il tarixindən 1 ay müddətinə dayandırılıb.

Xatırladaq ki, “Meta-Kapital”ın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 33, mənzil 41 olsa da, şirkət Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7B ünvanında fəaliyyət göstərir.

Избранный
16
13
banker.az

10Источники