Azərbaycanlı hakim Əliyar Ağayev FIFA-dan yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Kamal Umudlu isə dördüncü hakim funksiyasını görəcək.

Əlavə edək ki, qarşılaşma avqustun 21-də Slovakiyanın Preşov şəhərindəki “Tatran” stadionunda keçiriləcək.