RU

Aİ diplomatları Putinə görə hərbi paradı boykot edə bilərlər

Aİ ölkələrinin diplomatları sentyabrın 3-də Çində keçiriləcək İkinci Dünya Müharibəsində qələbənin 80-ci ildönümü şərəfinə keçiriləcək hərbi paradı boykot edə bilərlər.

“İki sahil” xəbər verir ki,  bu barədə beş məlumatlı mənbəyə istinadla "South China Morning Post" (SCMP) qəzeti yazıb.

Onların fikrincə, avropalı diplomatlar Rusiya prezidenti Vladimir Putin və yürüşdə Rusiya hərbçilərinin iştirakı ehtimalı səbəbindən tədbirdə iştirakdan çəkinə bilər.

“Aİ-nin Çindəki səfiri Xorxe Toledo paradda iştirak etməyəcək”, - nəşr mənbələrdən birinə istinadla yazır.

SCMP-nin məlumatına görə, daha bir neçə diplomat paradda iştirakdan imtina etmək niyyətindədir. Onların bəziləri Pekində hərbi paradın keçiriləcəyi dövr üçün məzuniyyət planlaşdırıblar.

Hərbi parad sentyabrın 3-də Pekinin Tiananmen meydanında keçiriləcək.

Избранный
95
50
ikisahil.az

10Источники