"Fənərbağça" rəhbərliyi "Vest Hem"in futbolçusu Edson Alvaresi transfer etmək üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, meksikalı yarımmüdafiəçini "sarı-lacıvərdlilər"in baş məşqçisi Joze Mourinyo komandasında görmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Alvaresə daha bir neçə təklif var. O, hələlik yekun qərarını verməyib.
27 yaşlı futbolçu 2023-cü ildən "Vest Hem"də çıxış edir. O, burada 59 oyunda 1 qol vurmağı bacarıb.