Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun18-də Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiriElçin Qasımovun etimadnaməsini qəbul edib.
Trend xəbər verir ki, səfiretimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı bildirdi ki, azərbaycanəsilli diplomatınSlovakiyanın Azərbaycanda səfiri təyin edilməsi Slovakiyatərəfindən ölkəmizə olan hörmətin və etimadın təzahürü kimi qəbulolunur.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərinstrateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq, bu xüsusdaSlovakiyanın Baş naziri Robert Fitsonun 2024-cü ildə Azərbaycanasəfərini məmnunluqla xatırladı.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı anlaşmanın vədəstəyin mövcud olduğu vurğulandı, enerji sahəsində əməkdaşlığınmühüm əhəmiyyət daşıdığı qeyd edildi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunuldu, buxüsusda Slovakiyanın Avropa İttifaqının üzv dövləti kimi buəlaqələrin inkişafına göstərdiyi dəstək vurğulandı. HəmçininSlovakiyanın ölkəmizdə NATO-nun əlaqələndirici səfirliyifunksiyasını yerinə yetirdiyi qeyd olunaraq, bu ölkəninAzərbaycan-NATO əlaqələrinin inkişafına da dəstək verdiyibildirildi.
Dövlətimizin başçısı avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinindəstəyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyininirəli aparılması üçün imzalanmış sənədlərin əhəmiyyətinə toxundu,bunun tarixi xarakter daşıdığını və regionda davamlı sülh üçün yeniperspektivlər açdığını qeyd etdi.
Prezident İlham Əliyev səfirə diplomatik fəaliyyətində uğurlararzuladı.
Səfir öz növbəsində Azərbaycanla Slovakiya arasında əlaqələrinstrateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, SlovakiyaPrezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısınaçatdırdı. O, həmçinin dövlətimizin başçısının Slovakiyaya rəsmisəfərə dəvət olunduğunu bir daha qeyd etdi.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,onun da salamlarını Slovakiya Prezidentinə və Baş nazirinəçatdırılmasını xahiş etdi. Dövlətimizin başçısı Slovakiyaya səfərədəvəti məmnunluqla qəbul etdiyini bildirdi.
Elçin Qasımov avqustun 8-də Azərbaycanla Ermənistan arasındamünasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldəedilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısınatəbriklərini çatdırdı.
Görüşdə enerji, kənd təsərrüfatı sahələrində əməkdaşlıq,həmçinin Qarabağda aparılan bərpa və quruculuq işlərində Slovakiyaşirkətlərinin iştirakı məsələlərinə dair fikir mübadiləsiaparıldı.