RU

BDU-da qlobal naviqasiya peyk sistemləri üzrə beynəlxalq ekspertlər iclası başlayıb - FOTOLAR

Bu gün Bakı Dövlət Universitetində (BDU) BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Beynəlxalq Qlobal Naviqasiya Peyk Sistemləri Komitəsinin (ICG) təşkilatçılığı ilə “Systems, Signals and Services” üzrə İşçi Qrupun (Working Group S) iclası öz işinə başlayıb.

QHT.az xəbər verir ki, beş gün davam edəcək tədbirdə ABŞ, Çin, Yaponiya, Koreya Respublikası, Xorvatiya, Yeni Zelandiya və digər ölkələrdən olan ekspertlər, eləcə də UNOOSA və Avropa qurumlarının nümayəndələri iştirak edirlər.

Müzakirələrdə peyk naviqasiyası üzrə çağırışlar, interferensiyanın azaldılması, siqnalların uyğunlaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, LEO-PNT texnologiyaları və Ay missiyaları üçün spektr uyğunluğu kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

İclasın sonunda yeni qərar və tövsiyələr hazırlanaraq müvafiq beynəlxalq qurumlara təqdim ediləcək.

Избранный
43
50
qht.az

10Источники