RU

Zelenski ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi iləgörüşüb

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqlardan əvvəl ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloqla görüşüb.

Redaktor.az xəbər verir ki, bu barədə ''Ukrinform'' mənbələrə istinadən məlumat yayıb.

Görüş Vaşinqtonda, ABŞ prezidentinin iqamətgahından uzaqda yerləşən Hay-Adams otelində keçirilir.

Kelloq Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilən danışıqlarda iştirak etməyib.

Aminə Şahsuvarqızı

Избранный
98
50
redaktor.az

10Источники