RU

“Ferenstvaroş”un baş məşqçisi: İrəli xətdə yaxşı hücumçularımız var

BAKI, 18 avqust. TELEQRAF

“Bizim üçün böyük fürsətdir. Çünki son illərdə turnirin əsas mərhələsinə vəsiqə əldə etmək şansı o qədər də böyük deyildi”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan təmsilçisi “Ferenstvaroş”unbaş məşqçisi Robbi Kin UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

İrlandiyalı mütəxəssis “köhlən atlar”a qarşı görüşə yaxşı hazırlaşdıqlarını qeyd edib: "Hər iki komandanın gücü, demək olar ki, bərabərdir. İstədiyimiz kimi oynasaq, rəqibə çox problem yarada bilərik. Belə görüşlərdə əsas qol buraxmamaqdır. Çünki irəli xətdə yaxşı hücumçularımız var və mütləq qol vurmaq üçün imkanlarımız olacaq. Rəqib yaxşı kollektivdir. Bu həm oyunçular, həm də məşqçilər üçün yaxşı motivasiyadır".

Kin komandasının 3 il əvvəl Ağdam klubu ilə baş tutmuş qarşılaşmasından da danışıb: “Hər iki komandanın yeni futbolçuları var. Mən Azərbaycan klubunun hazırkı oyunlarını izləmişəm".

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflər arasında cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.

Избранный
49
50
teleqraf.com

10Источники