“Qarabağ” bu gün Macarıstaba yola düşüb.
Sportinfo.az xəbər verir ki, klubun prezidenti, iş adamı Tahir Gözel də komandayla birgə çarter reysi ilə Budapeştə səfərə gedib.
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında sabah yerli “Ferensvaroş” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.