“Biz qalan girovların azad olunmasını yalnız HƏMAS-a zərbə vurulduqdan və o, məhv edildikdən sonra görəcəyik. Bu nə qədər tez baş versə, uğur qazanmaq imkanımız da bir o qədər böyük olacaq”.
Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkə hesabında yazıb.
Tramp daha sonra qeyd edib:
“Unutmayın, mən danışıqlar apararaq yüzlərlə girovun azad olunmasını təmin etmişdim və onlar İsrailə (və Amerikaya) təhvil verilmişdilər. Mən cəmi 6 ay ərzində 6 müharibəyə son qoydum. İranın nüvə obyektlərini məhv etdim. Qələbə üçün oynayın, yoxsa ümumiyyətlə oynamayın”.