Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
"Xüsusilə diqqət çəkmək lazımdır ki, bu təxribatlar yalnız Ukraynaya deyil, həm də Azərbaycana qarşı hesablanmış addımlardır. Bu səbəbdən Azərbaycan tərəfi həm xarici siyasətdə, həm də enerji sahəsində müstəqil addımlarını qorumaq üçün adekvat cavablar verməlidir. Rusiyaya göstərilməlidir ki, artıq onun dilində danışmaq imkanlarımız var".
O bildirib ki, bu o demək deyil ki, Azərbaycan Rusiya ilə hərbi qarşıdurmaya girməlidir:
"Ancaq müstəqil dövlət olaraq, ölkəmiz Rusiyanın təxribatlarına qarşı öz gücünü nümayiş etdirməli və aydın mesaj verməlidir: Azərbaycana qarşı bu cür addımlar dayandırılmalıdır. Rusiyanın məqsədi Azərbaycanın müstəqil enerji layihələrini zəiflətməkdir. Çünki Moskva anlayır ki, Avropanı nəzarətdə saxlamağın əsas yollarından biri enerji üstünlüyüdür. Azərbaycan isə bu sahədə alternativ formalaşdıraraq Rusiyanın xarici siyasətində ciddi təhdidə çevrilib.
Bu, açıq reallıqdır. Azərbaycan neytral mövqeyini qorusa da, Rusiya yalnız öz maraqlarını önə çəkir və digər dövlətlərin hüquqlarını nəzərə almır. Buna görə də Azərbaycan enerji infrastrukturları hədəfə çevrilir və ölkəmizə geosiyasi müstəvidə təzyiq göstərilməyə çalışılır".
Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə Rusiya Azərbaycana həm də gözdağı vermək niyyətindədir:
"Çünki Azərbaycan Cənubi Qafqazda Rusiyanın təsir dairəsindən çıxma prosesində əsas faktor rolunu oynayır. Bakı anlayır ki, bölgədə sülh və inkişafın yeganə yolu Moskvanın pozucu siyasətinə son qoyulmasıdır. Məhz buna görə də Rusiya Azərbaycana mesaj verməyə çalışır ki, onun maraqlarına zidd addımlar atılmasın.
Amma bu cəhdlər nəticəsiz qalacaq. Azərbaycan artıq qlobal siyasətdə özünəməxsus xətt tutub və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlayıb. Beynəlxalq tərəfdaşlıqlar, regional əməkdaşlıq və enerji layihələri ölkəmizə alternativ imkanlar təqdim edir. Zamanla Rusiyanın bu təxribatlarının da uğursuzluğa düçar olacağı şübhəsizdir".
Əfsanə Kamal
Demokrat.az
10Источники
-
teleqraf.comAzay Quliyev: SOCAR-ın müəssisələrinə hücum birbaşa təhdiddir ( 20464542)
-
aznews.azATƏT PA prezidenti Azay Quliyevlə birgə Odessada SOCAR-a hücumları pislədi ( 20462877)
-
icma.azATƏT PA Prezidenti Pere Joan Pons və Komitə Sədri Azay Quliyevdən Rusiyaya etiraz FOTO ( 20462538)
-
icma.az“Bu addım Rusiyanın təcridini daha da dərinləşdirəcək” ( 20461860)
-
demokrat.azPolitoloq: Moskva anlayır ki, Avropanı nəzarətdə saxlamağın əsas yollarından biri enerji üstünlüyüdür ( 20459499)
-
demokrat.azPolitoloq: "Moskva anlayır ki, Avropanı nəzarətdə saxlamağın əsas yollarından biri enerji üstünlüyüdür" ( 20459436)
-
icma.azRasim Musabəyovun ritorikası Azərbaycanın maraqlarına uyğun deyil və ölkəmizi müxtəlif təxribatlara açıq vəziyyətə sala bilər ASLAN İSMAYILOV ( 20459184)
-
sia.az“Bu, Putinə qarşı ən ciddi təzyiq rıçaqına çevrilə bilər” ( 20387016)
-
moderator.az“Bu Rusiyanın yeni təzyiq metodudur”- Politoloq ( 20383086)
-
modern.azAzərbaycan vətəndaşlarına qarşı Rusiyanın qadağası irqçilik və siyasi şantajdır DEPUTAT ( 20381385)