Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Gəncə, 18 avqust, Elcan Məmmədov, AZƏRTAC
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, xüsusilə təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıblar.
Rektor Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edib. O, Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə qarşılıqlı layihələrin həyata keçirilməsinin universitet üçün prioritet olduğunu bildirib.
Görüş çərçivəsində səfir Birol Akgün Azərbaycan Xalq Cümhuriyyəti muzeyini ziyarət edib. Muzeydə təqdim olunan eksponatlarla tanış olan səfir Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinin qorunub saxlanılmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini xüsusi vurğulayıb.
Sonda Birol Akgün muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.