RU

Mərakeş gəncləri Azərbaycanda idman sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb

Bakı, 18 avqust, AZƏRTAC

Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Mərakeş gənclərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir mərakeşli gənclərin suallarını cavablandırıb, onların səfər təəssüratlarını dinləyib. Qonaqlara ölkəmizdə həyata keçirilən layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclər sahəsində növbəti beynəlxalq mübadilə proqramı çərçivəsində həyata keçirilib. Proqram çərçivəsində Mərakeşin gənclərdən ibarət nümayəndə heyəti avqustun 15-dən 25-dək ölkəmizdə səfərdədir. Qonaqlar Bakı şəhərinin, eləcə də 2025-ci ilin “Gənclər paytaxtı” Sumqayıtın tarixi və mədəni məkanları ilə tanış olub, bir sıra görüşlər keçiriblər. Onlar, həmçinin ölkəmizin Gənclər evləri və idman qurğuları barədə ətraflı məlumat əldə ediblər.

Səfər çərçivəsində qonaqlar 2024-cü ilin "Gənclər paytaxtı" olmuş Lənkəran şəhərinə də yollanacaqlar.

Избранный
20
41
azertag.az

10Источники