RU

Paşinyandan Naxçıvanla bağlı MÜHÜM AÇIQLAMA

“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yol maneəsiz olacaq”.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bunun ABŞ-nin vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış bəyannamədə təsbit olunduğunu xatırladıb: “Region və onun ətrafında sülh, sabitlik və rifahı təşviq etmək üçün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında daxili, ikitərəfli və beynəlxalq nəqliyyat üçün iki ölkə arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiqlədik. Bu səylərə Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan Respublikasının ərazisindən keçməklə maneəsiz rabitənin həyata keçirilməsi daxildir, bu, beynəlxalq və daxili rabitə baxımından Ermənistan Respublikası üçün də fayda təmin edəcək”.

Paşinyan əlavə edib ki, bəyannamədə Ermənistanın ABŞ ilə işləyəcəyi və Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) kommunikasiya proqramının həyata keçirilməsi üçün çərçivənin müəyyən edilməsi üçün üçüncü tərəflərlə qarşılıqlı razılıq əldə edildiyi bildirilir: “Eyni zamanda, bu məqsədə mümkün qədər tez nail olmaq üçün vicdanla bütün tədbirləri görmək əzmimiz vurğulandı”.

Избранный
53
43
infoaz.ws

10Источники