RU

Zelenskinin Vaşqintondakı bu görüntüsü DİQQƏT ÇƏKDİ

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtondakı Ukrayna səfirliyində Aİ liderləri ilə görüşə hazırlaşarkən pencək geyinib.

Globalinfo.az xəbər verir ki, yayılan kadrlarda onun qara pencək və eyni rəngli köynəklə göründüyü əks olunub.

Görüşlərdə Zelenskinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen, NATO-nun baş katibi Mark Rutte, Almaniya kansleri Fridrix Merz, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Key Starmer və İtaliyanın baş naziri Corcia Meloni ilə bir araya gələcəyi gözlənilir.

Bundan əvvəl Zelenski Vaşinqtondakı Hay-Adams otelində Ağ Evin qarşısında ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloqla sadə köynəkdə görüşmüşdü. Ukrayna rəsmiləri isə dövlət başçısının Tramp ilə görüşə artıq pencəkdə qatılacağını açıqlayıblar.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
69
3
globalinfo.az

10Источники