RU

Paşinyan: “Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün etdi”

“Yalnız Qarabağ məsələsinin həlli Azərbaycanla sülhü mümkün edib”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.
 

“Mən demişdim ki, Qarabağ münaqişəsini davam etdirməmək məntiqi ilə Ermənistana rəhbərlik edəcəyəm və xalq bu məntiqlə razılaşmırsa, qoy inqilab etsin.


Amma siz inqilab etmədiniz, çünki mənim kimi siz də başa düşdünüz ki, Qarabağ məsələsi həll olunmasa, sülh olmayacaq.
 

Bəzi qüvvələr Qarabağ məsələsindən sadəcə olaraq Ermənistanda öz problemlərinin həlli üçün alət kimi istifadə ediblər”, - Paşinyan qeyd edib.


Onun sözlərinə görə, Vaşinqton razılaşmaları nəticəsində Ermənistan 30 ildən artıq davam edən təcrid vəziyyətindən çıxır: “Bu, bir müddət əvvəl qeyri-mümkün hesab edilən nəticədir”.

Bizim.Media

Избранный
86
50
bizim.media

10Источники