RU

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb - FOTO

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri Ə.Əliyev küçəsi 5a ünvanında fəaliyyət göstərən “Gəlinqaya” kafesində nöqsanlar aşkar edilib.

Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, kafedə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

FOTO QALEREYA
Избранный
20
2
avtosfer.az

10Источники