RU

Sabah son gündür - “Onların gələcəkdə uğurlu və xoşbəxt olması üçün...”

Ali təhsil müəssisələrinə qəbulun sabah başa çatması ilə minlərlə abituriyent həyatlarının ən mühüm seçimlərindən birini edir. Kimisi illərlə xəyalını qurduğu ixtisası seçir, kimisi isə valideynlərin arzusunu gerçəkləşdirmək üçün addım atır. Bu seçimlər bəzən gəncin gələcək uğur yolunu müəyyənləşdirir, bəzən də onun şəxsi istəklərini kölgədə qoyur. Maraqlıdır, öz arzularının ardınca gedənlərmi daha uğurlu olur, yoxsa valideynin istədiyi yolda irəliləyənlər?

“Yeni Sabah” məsələni psixoloq Samirə Bağırova ilə müzakirə edib. Müsahibimiz mövzunu belə şərh edib:

“Əslində bu həm aktual, həm də fərdi və həssas yanaşılan bir mövzudur. Çünki bəzən, hətta çox zaman yaşadığımız coğrafiya nöqtəsinə görə, peşə seçimini istədiyimiz kimi edə bilmirik. İnsanlar maddiyyat baxımdan həyatlarını heç olmasa orta səviyyədə sürdürmək üçün gəlir gətirən sahələri seçməyə məcbur qalır. Amma sevmədiyi işdə çalışmaq stress, gərginlik, məmnunsuzluq və sairə bir çox psixoloji problemlərə zəmin yaratmış olur. Təbii ki, bir gəncin gələcəkdə uğurlu və xoşbəxt olması üçün ən əsas amil, onun öz maraq və qabiliyyətlərinə uyğun seçim etməsidir. Amma bunu bütün gənclərə də aid etmək olmur. Düzdür, valideynin təcrübəsi, gələcəyin tələblərini görə bilməsi kimi məsləhətləri dəyərli ola bilər, amma seçim məcburi formada yox, gəncin xarakterinə, qabiliyyətinə, psixoloji və fizioloji vəziyyətinə uyğun şəkildə aparılmalıdır”. Dördpendirli pizza

Psixoloq bildirib ki, ən yanlış və çox rastlanan məsələdən biri də, abituriyentin balı hara çatırsa ona uyğun seçim edərək, imtahan nəticəsi ilə məhdudlaşmasıdır:

“Bu isə gəncin istedadını və daxili potensialını boğur. Özünü topladığı bal çərçivəsindən kənar görə bilmir. Burada psixoloq və ya peşə-oriyentasiya mütəxəssisinin dəstəyindən istifadə etmək gənc üçün çox faydalıdır. Abituriyentlərin ixtisas seçimi prosesində ən çox rast gəlinən 3 yanaşma olur: Tam olaraq valideyn seçimi, yəni valideyn ölkənin əmək bazarına uyğun gəlirli ixtisas seçimi edə bilər, amma abituriyent motivasiyasız olur və təhsilə maraq göstərmir. Yaxud oxuduğu ixtisas üzrə işləmək istəmir. Digəri abituryentin tam özbaşına seçimi: Abituriyent sevdiyi sahədə oxuyur, daha motivasiyalı olur. Yaradıcı yanaşması və şəxsi inkişaf üçün daha geniş imkanları yaranır. Amma gəlir mənbəyi aşağı ola bilər, iş tapmaq çətinləşə bilər. Bəzi hallarda isə maraqlı görünən, amma perspektivsiz ixtisas seçilə bilər.

Son olaraq ortaq qərarda isə:

Gəncin yüksək motivasiyası, sevdiyi işi, valideynin düzgün istiqaməti daha balanslı, gələcəyi kariyera ilə nəticələnə bilər. Amma demək olar ki, ixtisas seçimində valideyn ilə övlad arasındakı razılaşmaya nadir halda rast gəlmək olur. Subyektiv fikrim olaraq düşünürəm ki, bir gəncin gələcəyi üçün, əlbətdəki gəlir mənbəyi çox vacibdir. Yaxşı olar ki, ölkənin əmək bazarına uyğun ixtisas seçimi etsin. Çünki zamanla şəxsi sevdiyi işi də ayrıca inkişaf elətdirmək mümkündür. Yenidən təhsil almaq, yaxud hər iki sahəni birləşdirmək, yaxud hər iki sahəni ayrı-ayrılıqda inkişaf elətdirmək üçün heç vaxt gec deyil. Sadəcə loru dildə desək, “hər şey pulun başındadır”. Ya ilk öncə qazan, sonra sevdiyin işə keçid et. Ya da sevdiyin işi gəlirli etmək üçün, dəha üst zəkaya sahib ol. Əlbətdə ki, bu qərar maddi dünyadan uzaq, az ilə kifayətlənən insanlara aid deyil”.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
62
18
yenisabah.az

10Источники