RU

Xüsusi təyinatlı qəhrəman: Tarixdə görünməyən hadisə idi ki, Şuşa atıcı silahlarla azad olundu

ain.az, Turkstan.az saytına istinadən bildirir.

1987-ci ildə Mingəçevir şəhərində anadan olur...

Mingəçevir şəhər 13 saylı tam orta məktəbdə orta təhsil alır...

2002/2005-ci illərdə C.Naxçıvanski adına hərbi məktəbdə təhsil alır...

2005/ 2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsil alır...

2009/2010-cu illərdə Təlim-tədris mərkəzində təhsil alır...

2010-cu ildən Naxçıvan ƏÜO-nun xüsusi təyinatlı hərbi hissəsində xidmət edir...

Hərbi xidmətdə mayor rütbəsinə qədər yüksəlir...

2018-ci ildə Naxçıvanda keçirilən Cünnüt əməliyyatında iştirak edir...

Vətən Müharibəsində Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və rəşadət göstərən, qarşıya, qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman mərdlik və igidlik nümayiş etdirən Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Elnur Şirinov!

Qəhrəmanımız Vətən qarşısında göstərdiyi xidmətlərə görə "İgidliyə görə" medalı, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları, "Heydər Əliyevin 100 illiyi (1923-2023) yubiley medalı, həmçinin, "Vətən Müharibəsi Qəhrəmanı" medalı ilə təltif edilib.

Qəhrəmanımız Vətən müharibəsi ilə bağlı xatirələrində deyir: "Məni müharibəyə atam yola saldı. Dedi ki, "Sənin övladlarına mən baxacam, narahat olma. Arxadan vurulsan haqqım sənə halal deyıl". Döyüşlərə Füzuli şəhərində qoşuldum. Mən Laçın koridoruna çatanda bir anlıq fikirləşdim ki, bura bizimdir artıq, mən Şuşa şəhərinə çatmışam. Mən orada dizimi yerə qoyub asfaltı öpdüm. Dedim ki, şükür Allaha gəlib bura çıxa bildik. Az qalıb, bir az da səbr edək, Şuşa şəhərinə çatacayıq. Oraya can atırdıq. Deyirdik ki, gedək Şuşaya çataq, oranı görək, ondan sonra bizə nə olur, olsun. Belə bir psixoloji vəziyyıt var idi bizdə. Noyabr ayının 1-dən etibarən Şuşa əməliyyatına başladıq. Cənab prezidentin dediyi kimi dağlar, qayalar, cığırlarla noyabrın 6-sə səhər saatlarında Xankəndi istiqamətindən Şuşaya daxil olduq. Onda mən tabor komandiri vəzifəsində idim. Şuşanın alınması elan olunana qədər Xankəndi istiqamətində gələn qüvvələrin qarşısını almaq üçün Şuşa qalasını müdafiə etdik. Biz Şuşaya girəndə 25-ə yaxın şəhid, 61 yaralı verdik. Onu xüsusi vurğulamaq istəyirəm ki, səhəri gün Şuşa qalasının müdafiəsində 101 erməni leşi qoyduq. 3 yol deyilən yer var, uşaqlar düşüb erməninin leşini saydılar. Biz 25 şəhidimizin qisasını elə ordaca aldıq. Açığını deyim, avtomatla tank qovurduq. Belə ki, noyabr ayının 5-i səhəri Şuşa şəhərinin Xankəndi istiqamətində, yəni, Laçın koridoru Keybalı-Xankəndi istiqamətində hərəkət etməyə başladıq. Biz həmin ərazini gizli şəkildə keçdik və yol üzərində olan texnikaları və canlı qüvvələri polkovnik Gündüz Səfərlinin qrupunda olan 4 nəfər heyət pusquya salaraq məhv etdi və biz Laçın şəhərinə Xankəndi istiqamətindən, üçyol deyilən istiqamətdən Şuşa qalası istiqamətinə daxil olduq. Düşmənin Xankəndi istiqamətində gələn tankı və canlı qüvvəsi bizim həmin ərazidə olan bölmələrimizi atəçə tutdu və orada ağır döyüşlər başladı. Yaralılarımız və şəhidlərimiz oldu. Biz həmin zaman çəkilərək qalanın əks tərəfinə keçdik və əks hücumla düşmən bölmələri ilə döyüşə başladıq. Həmin zaman çiskin yağış yağırdı. Çətin vəziyyət idi. Yorğunçuluğa baxmayaraq bizdə çox güclü ruh yüksəkliyi vardı. Çünki artıq Şuşaya çatmışdıq. Bu bizim üçün böyük fəxr idi. Tarixdə görünməyən bir hadisə idi ki, Şuşa atıcı silahlarla azad olundu. Ayın 10-a qədər Şuşa qalasını müdafiə etdik, prezidentimiz demiş, düşmənin belini qırdıq."

Vətən Müharibəsi Qəhrəmanı, XTQ- mayoru Zaur Hüseynov: "Vətən Müharibəsində Elnur Şirinov mənim taborumun tərkibində bölmə komandiri kimi iştirak etmişdi. Noyabr ayının 2-si Şuşa əməliyyatlarının başlanması üçün mən döyüş əmri aldım. Və biz Şuşa istiqamətində irəliləməyə başladıq. Daşaltı kəndinin 1 km qədər cənubundan keçərək Şuşa-Laçın yoluna, hansı ki, dəhliz deyilir, həmin yola qalxdıq və yolun üzərindəki yüksəklikləri götürdük. Burada, düşmənlə radtlaşma təmasında qızğın döyüşlər getdi. Və Elnur Şirinov da öz bölməsi ilə bu döyüşlərdə iştirak edib. Noysbr ayının 3-dən 4-nə keçən gecə biz İsa bulağı istiqamətində yüksəkliklərdən hərəkət edərək düşmənə aldatma manevri göstərdik və bir bölməmiz həmin yolun üzərində yüksəkçiklərdən Laçın istiqamətinə olan girişinə doğru həmlələr edərək düşməni yayındırdı. Bu taktikadan istifadə edərək biz də Qeybalı istiqamətində hərəkət etdik və Şuşanın Xankəndi tərəfindən girişinə doğru yaxınlaşdıq. Qala divarları uzun müddət əsaslı təmir görmədiyi üçün uçmuş vəziyyətdə idi. Və mövqelərimiz açıq ərazilərədoğru yayılırdı. Vi bu mövqeləri Elnur Şirinova tapşırdım. Burda düşmən tanklarının, düşmənin tank əleyhinə vasitələrinin ağır artilleriyalarının atəşlərindən qorunmaq digər nöqtələrə nisbətən çətin və ağır idi. Amma buna baxmayaraq Elnur Şirinov öz bölməsi ilə düşmən tanklarının və çox saylı canlı qüvvəsinin qarşısının alınması üçün orada dərin mövqelər qazdılar. Böyük şüçaət göstərərək düşmənə əkstəsiri dayandırmadılar. Onlar öz atışları ilə düşməni geri çəkilməyə məcbur etdilər. Hansı ki, düşmən Şuşa şəhərinə canlı qüvvəsi ilə və texnikası ilə daxil ola bilsəydi artıq şəhər daxilində döyüşlər çətinləşəcəkdi. Şəhər daxilində itkilərimiz də çox olacaqdı. Şəhəri bu qədər canlı qüvvədən təmizləmək daha çətin bir əməliyyata çevriləcəkdi. Şükrlər olsun ki, bu baş vermədi. Sol cinahda kapitan Renat Şıxnəbiyev, mərkəzdə əməliyyata rəhbərliyimə köməklik göstərən mayor Asəf Qarayev və eyni zamanda şəhid Yunis Kazımov və sağ cinahda mayor Elnur Şirinova döyüş əməliyyatlarının icrası üçün tapşırıqlar qoydum. Düşmənin noyabr ayının 6-da etdiyi 3 əks həmlənin və noyabr ayının 7-də etdiyi 2 əks həmlənin qarşısını Azərbaycan oğulları qəhrəmancasına aldılar. Onların tanklarını və canlı qüvvəsini məhv etdikdən sonra ayın 7-si artıq axsam 19.00-a qədər və bundan sonra düşmən əks həmlələrini dayandırdı. Və bir daha Şuşa şəhərinə əks həmlə etmədi. Bunun nəticəsində Şuşa şəhərinə bayraq asıldı. Və ayın 8-i artıq cənab Ali Baş Komandana məruzə olundu".

Qəhrəmanımızın anası Solmaz Şirinova: "Vətən uğrunda gedən müharibədə övladım ki başımı uca elədi, mən övladımla fəxr edirəm! Müharibə vaxtı biz övladımızın səsini eşitmirdik. Evə zəng etmirdi. O söz vermişdi ki, torpaqları azad etdikdən sonra ya şəhid kimi qayıdacam, ya da döyüşçü kimi... Sağ-salamat qayıtsam görüşəcəyik. Elə də elədi. 10 gün idi biz ondan xəbər ala bilmirdik. Gecə saat 2 idi. Xəbər verdilər ki, müharibə bitdi. Hamı bizə gözaydınlığı verirdi. Biz də sevindik torpaqlarımız alındı. Amma övladımızdan xəbər çıxmadı. Səhər yoldaşım dedi ki, mən işə gedirəm. Əgər xəbər çıxmasa mən özüm gedəcəm cəbhə bölgəsinə balamı axtarmağa. Və həmin vaxt bizə zəng gəldi. Oğlum idi... Yoldaşım danışa bılmədi. Mən telefonu götürüb dedim oğul səsini çıxart görüm sənin səsindirmi? Dedi ana, mənəm! Narahat olma, torpaqlarımızı işğaldan azad etdik! Sən fəxr edə bilərsən ki, sənin belə bir oğlun var! Həmin an keçirtdiyim hisləri sözlə ifadə edə bilmirəm. Doğrudan da mən oğlumla fəxr edirəm! Bir ana kimi onun silah tutan əllərindən opürəm ki, o torpaqlarımızı bizə qaytardı! Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!"

Atası Ramiz, Şirinov deyir ki, "Oğlumun üzünü biz Qələbə paradından sonra gördük. Ailəsi ilə birgə bizə gəldi. Mən işdə demişdim ki, sabah mən gələ bilməyəcəm, oğlum gəlir, onu qarşılamalıyam. Sabahı mən gözlərimə inanmadım. İnsan axını, üstəlik maşın əlindən yer yox idi. O qədər çox adam var idi ki, mən oğlumla çətinliklə görüşə bildim. Xalqımızın bu sevgisinə, qəhrəmanına verdiyi dəyərə görə çox razıyam. Məni bir ata kimi qürurlandırdı. Elnurun Naxçıvanda Cünnüt əməliyyatı zamanı mükafat alması, həmin əməliyyatdakı uğuru məni sevindirmişdi. Vətən müharibəsi Qəhrəmanı adı alması isə məni ikinci dəfə sevindirdi və çox qürurlandırdı. Mən övladımla fəxr edirəm!"

Hazırda xidmətini davam etdirən qəhrəmanımıza bundan sonrakı fəaliyyətində uğurlar diləyirəm! Allah səni və silah yoldaşlarını qorusun qəhrəman qardaşım! Tək ailən yox, bir millət olaraq, bizim hər birimiz sizinlə fəxr edirik! Siz bizim qürurumuzsuz!

Sevinirəm və qürurlanıram ki, bu vətən etibarlı əllərdədir, sizin kimi mərd oğullar tərəfindən qorunur! Uğurların davamlı olsun cənab mayor!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
31
icma.az

10Источники