Ajans.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb. “HƏMAS atəşkəs təklifi verib. Fələstin hərəkatının qərarı Təl-Əvivə vasitəçilər vasitəsilə çatdırılıb”, - məlumatda bildirilib.
HƏMAS-ın mümkün atəşkəs durumunda Qəzza zolağında saxladığı israilli girovların yarısını Təl-Əvivə təhvil verəcəyi qeyd edilib.