“Ukraynada prezident seçkiləri keçirməyə hazıram”.
News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşündə deyib.
Ukrayna lideri bildirib ki, bunun üçün əvvəlcə təhlükəsiz mühit, hərbi əməliyyatların dayandırılması lazımdır:
“Bunu təhlükəsizliyimizə təminat verildiyi şəraitdə etməliyik. Açıq demokratik seçkilər keçirmək üçün atəşkəs lazımdır”.