RU

Bu dəfə geyiminə görə tərifləndi

Xəbər verdiyimiz kimi, hazırda Ağ Ev rəhbəri Donald Trampla Ukrayna lideri Volodimir Zelenski Oval kabinetdə mətbuat nümayəndələri ilə görüş keçirir.

“Qafqazinfo” xəbər verir ki, sual-cavab zamanı aylar sonra yenidən Zelenskiyə geyimi ilə bağlı sual ünvanlanıb.

Belə ki, jurnalist onun bu geyimini bəyəndiyini və çox yaxşı göründüyünü bildirib. Tramp da jurnalistin bu fikri ilə razılaşdığını bildirib. Hətta, Trampın Zelenskini qarşılama kadrlarında da jestlərindən onun geyimini bəyəndiyi hiss olunub.

Zelenski isə gülərək belə cavab verib:

“Mən libasımı dəyişmişəm amma, siz yox”.

Xatırladaq ki, bu ilin fevralında Zelenskinin Trampla keçirilən görüşə hərbi formada qatılması, protokol qaydalarına uyğun geyinməməsi müzakirələrə səbəb olmuşdu. 

Избранный
6
50
demokrat.az

10Источники