RU

Tramp: Zelenski Rusiyanın bəzi şərtlərinə razı olmalıdır

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən əvvəl bildirib ki, Ukrayna Rusiyanın müəyyən şərtlərinə razı olmalıdır, xəbər verir CNN.

Editor.az xəbər verir ki, Tramp hesab edir ki, müharibəni dayandırmaq üçün Ukrayna Krımı Rusiyaya təhvil verməli və NATO-ya üzvlüyü rədd etməlidir.

CNN-in məlumatına görə, Trampın xüsusi nümayəndəsi Stiv Uitkof bildirib ki, Alyaskada keçirilən sammitdə Rusiya prezidenti Vladimir Putin Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə və potensial sülh sazişi çərçivəsində bəzi ərazi güzəştlərinə getməyə razılıq verib.

//Samir Qurbanov, Editor.az

 

Избранный
19
50
editor.az

10Источники