RU

Merz: Ukraynada atəskəs lazımdır

Almaniya kansleri Fridrix Merz münaqişənin həlli üçün danışıqların növbəti mərhələsinə qədər Ukraynada atəşkəs rejiminə nail olunmasının vacibliyini bir daha bəyan edib.

Operativ Media xəbər verir ki, o, bunu Ağ Evdə Donald Tramp, Volodimir Zelenski və Avropa liderlərinin görüşündə deyib.

Bununla da o, ABŞ prezidenti Donald Trampın mövqeyi ilə ziddiyyət təşkil edib.

 "Və açığını deyim ki, hamımız atəşkəs əldə olunmasını istərdik. Növbəti görüşə gəlincə, mən bunun atəşkəs olmadan baş verəcəyini təsəvvür edə bilmirəm. Ona görə də gəlin bunun üzərində işləyək", - deyə o, qeyd edib.

Eyni zamanda Merz bildirib ki, Rusiyaya təzyiq göstərilməlidir. “Mən bu aspekti vurğulamaq istərdim və artıq növbəti görüşdə atəşkəsə nail olmaq istərdim, o, harada olursa olsun, üçtərəfli olmalıdır”, - kansler yekunlaşdırıb.

Избранный
156
3
operativmedia.az

10Источники