RU

Zəngəzur bölgəsinin xalçaçılıq və təsviri-naxış yaradıcılıq mərkəzləri...


Təməli “Böyük İpək Yolu” tarixindən (e.ə. II əsr) xeyli əvvəl, e.ə. II-I mililliklərdə qoyulan və Bütöv Azərbaycanın Arazboyu sahillərindən, o cümlədən, Zəngəzur, Naxçıvan....bölgələri hüdudlarından keçən Beynəlxalq Ticarət Yolu-Xalqların Köç Yolu, siyasi-hərbi qarşıdürmaların səbhə xətti....Zəngəzur dağlıq silsiləsi-Qarabağ yaylasının cənubundan kecdiyindən, Mehri və Qapan nahiyələri həm də qeyri-maddi irs zənginliyi ilə fərqlənmişdir. Bu sırada xalça toxuculuğu xüsusi yer tutmuşdir...milli-etnoməşğuliyyət növünə çevrilmişdir....tarixən....bu isə bölgənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, bölgəyə olan dünya ölkələrinin və alimlərin, səyyahların, məşhur tacirlərin marağının yüksəlməsinə səbəb olmuşdur.

İnzibati ərazi vahidləri baxımından Mehri, Qapan, Qarakilsə nahiyələri və Gorus şəhərini, təbii-coğrafi şəraitinə görə Zəngəzur dağlıq silsiləsi, Araz çayının sol sahilləri, Oxçuçay, Mehriçay və Bazarçay hövzələrini, geniş meşə örtüyü, çoxşaxəli parçalanmış çay vadiləri, alçaq təpli düzəngahlar...qoynunda əski Türk-Müsəlman ocaqlarının Qərbi Zəngəzur mahalı həm də qeyri-maddi irs zənginliyinin ünvanıdır...xüsusilə, ipək, pambıq, yun iplərlə-ərişlərlə araya-ərsəyə gətirilən və minilliklərlə yaşı olan əl toxuculuğu sənətinin/incəsənətinin...

Erkən Orta əsrlərdən başlayaraq ümumilikdə Zəngəzur bölgəsində, o cümlədən, Qərbi Zəngəzur nahiyələrində kökənli xalqın milli-mənəvi dəyərləri sırasında dekorativ-miniatür tətbiqi sənətinin toxuculuq nümunələri kimi palaz-sumağ, xalça-gəbə...çeşnilərinin toxuculuğu ənənə halını almış, hər bir ailənin xəzinəsi olmuşdur. Belə ki, nahiyə kəndlərinin əksər evlərində həmişə xana qurulurdu, ya palaz-sumağ, ya da xalça-gəbə toxunurdu, xəyali və ya çəkilmiş rəsmlər-təsvirlər əsasında (çeşnilərlə). İldən-ilə bu sənət təkmilləşmiş, yeni-yeni təsvirlər yaranmış, bu sahədə milli-sənət ənənələri nəsildən-nəsilə ötürülmüşdür, tayfa-nəsil irsi kimi... Həm də ilk növbədə ona görə ki, bölgə tərəkəmə elatı həyatını yaşamışdır. Bölgənin Mehri nahiyəsi kəndləri- Əlidərəsi, Lehvaz, Lök, Maralzəmi...dekorativ-miniatür nümunələrin (corab, örkən, xurcun, çuval, marfəc, kilim, sumağ, xalça-gəbə...) toxuculuğu ilə tanınsalar da, Nüvədi kəndi bu sahə üzrə xüsusilə seçilirdi. Çünki, kənd əhalisi həm tərəkəmə həyatı sürürdü, həm pambıq əkini ilə (Araz çayının sahilindəki “Təndir çayı” yerində, “Şam düzü.”ndə...) məşğul olurdu, qoyun yunundan, keçi qəzilindən...ustalıqla istifadə edilirdi.Hələ keçən əsrin 70-ci illərində Nüvədi xalçaçılarının (Nənəş Kərbəlayı Babat qızı (1870-1962), Ağabəyim İman qızı (1898-1985), Həcər xanım (1902-1984)....) toxuduqları gəbələri-xalçaları Avropa və Amerika ölkələrinə göndərilirdi, qızıl pulla satılırdı.... Nüvədi kəndində xalçaçılığın inkişafı 1930-1990-cı illər arası xüsusilə tərəqqi etmişdir.

Qapan nahiyəsi, Baharlı kəndinin tarixi, milli-kökənli ocaq-yurd təməli (“Binə qayası yeri”) Cənubi Azərbaycanla bağlı olduğundan, nəsillərinin (Məmmədyarlılar, Xudulular, Dirliklilər, Allahverənlilər, Mustafalılar...) qeyri-maddi irsi olaraq əl toxuculuğu üstünlük təşkil etmişdir. Allahverənlilər nəslindən Mədinə Molla İsmayıl qızı (1898-1954) mahir toxucu idi, el arasında “gəbə alimi” adını almışdır. Xalçatoxuma yaradıcılığını o, anası Gülgəz xanımdan (Almalıqlı kəndində Baba yüzbaşının nəslindən olub, Qubadlı nahiyəsi, Fərəcan kəndindən gəlin köçmüşdü) əxz eyləmişdi bu sənətin sirrlərini. Özü də bu miniatür rəssamlıq-toxuculuq təsviri vərdişlərini, barmaqlarının zərif ilmə toxunuşunu qızı Lalə Astanalı qızı Qurbanovaya (1922-2008) öyrətmişdir.

“Xalça-gəbə alimi” ilə yanaşı Baharlı kəndində mahir xalçaçılardan Sayad Eyvazalı qızı Güliyeva (1868-1946), Nanə Sayad qızı Səfərova (1905-1973), Sima Abış qızı (1913-1995), Xədicə Allahverdi qızı (1915-1998), Gığı kəndində Nazpəri Gülməmməd qızı Məmmədova (1913-1986)... toxuduqları xalça həm çeşniləri, həm də ilmələrinin zərifliyi, rənglərinin parlaqlığı, dekorativ şəkillərin mükəmməlliyi və fəlsəvi-mistik məzmunu...baxımdan nahiyə kəndlərində (Gığı, Kirs, Keypəşin, Kürüd, Atqız, Qarabaşlı....) adla tanınb, toxuduqları “Gilandarlı” sumaq, “Qaynaqlı”, “Göllü”, “Qarmaqlı” xalça çeşnilərinin məzmunu və təsviri estetik-fəlsəfi məna yükü daşıyırdı, ilmələrinin zərifliyi göz oxşayırdı, rəng çalarları “göy qurşağı” kimi parlaq idi, çünki, bölgənin təbiətindən süzülüb “rənglənmişdi”. Naxışlarının təsviri dini-sakral tariximizin qədim səhifəsi olan Qazandağ qayaüstü rəsmlərinin, cizgilərinin oxşarı idi.

Baharlı və Qovşud kəndlərinin güney yamaclarından, meşələrindən yığılan Zirinc bitkisinin kökü sarı, qaymaqçiçəyi gülü-gövdəsi qırmızı, Şəfin ağacının (zoğal ağacına, qarağat koluna oxşayırdı) qabığından, budağından qara, Zoğal ağacında qırmızı, Palıd və qoz ağaclarının qabığından qəhvəyi, yaşıl süpürgə otundan yaşıl...rənglər almaq üçün yun, pambıq və ipək ipləri boyayırdı “əlləri kirgitli-həvəli”, duyğuları zərif nənələrimiz...

Bir cəhət maraqlıdır ki, nahiyənin elə kəndləri olub ki, orta xalça-gəbə toxunmasa da, kilim-cicim toxunmuşdur, məsələn, Yuxarı Gödəkli və Cıbıllı kəndlərində olduğu kimi....bu sahədə Cəvahir Rzaqulu qızının (1912-1990) adı indi də çəkilir. Bazarçay çayı hövzəsindəki Qarakilsə nahiyəsinin Türk-Müsəlman qövmü yaşayan kəndlərində milli gələnəklər sırasında xalçaçılığın qədim tarixi vardır. Bu sahədə tarixi-arxeoloji irsinin tədqiqi nəticələri barədə görkəmli tarixçi-epiqrrafçı şərqçünas alim, Azərbaycan Milli EA-nın müxbir üzvü M.X.Nemətovanın (1924-2016) VI cildlik “Azərbaycanın epiqrafik toplusu”nda, Sankt-Peterburq Universitetinin professoru, tarix elmləri doktoru T.İ.Sultanovun “Çingiz xan və Çingiz nəsli” (2021)....əsərində qiymətli məlumatlar verilmişdir. Nahiyənin Ağadü, Vağüdi, Ərəfsə, Urud....kəndlərində əl toxuculuğu ilk növbədə milli-tarixi ənənələr və ərazinin coğrafi mövqeyinin heyvandarlıq təsərrüfatının inkişafı üçün əlverişli olması ilə bağlı idi, hətta Vağadü kəndində yaşayan hay ailələri Türk-Müsəlman ustalrından öyrənərək xalça-sumağ toxuculuğuna başlamışdılar... Bazarçay çayının sol sahilində yerləşən Urud kəndinin tərəkəmə elatı yay dövrü Qaragöl hövzəsindəki “Hacallı yaylağı”nda yaşayardı, qadınlarının (İzzət Ağamalı qızı (1890-1974), Fatma Abbas qızı (1927-2014)...) əsas əl işi/əməyi toxuculuq sənətinə aid idi, toxuculuq nümunələrinə ilmələnən naxışlar qədim daş lövhələrində oymaları ilə eyni idi, təsvirləri miniatür rəsmlər kimi mükəmməl idi (bəzi qəbirüstü sənduqələrdə hana təsviri də olub). Qapan nahiyəsinin Aşağı və Yuxarı Gödəkli kəndləri arasında, Şor dərəyə bitişik təpəliyi bürüyən kolluqlarda bitən Zing ağacının (boyu 2,5-3 m olardı, ipək kimi çiçəklər açardı) gövdəsindən müxtəlif rənglər (qırmızı, bənövşəyi, sarı, çəhrayı...) alınardı, qonşu Qarabağ xalçaçılığında da ondan təbii boyaq kimi istifadə edilirdi. Ümumiyyətlə, Zəngəzur xalçaçılığı ocağının inkişafı Təbriz, Naxçıvan və Qarabağ xalça toxuculuğu məktəbləri ilə sıx bağlı və əlaqəli olmuşdur. Qərbi Azərbaycanın cənub bölgəsində tarixi-milli, qeyri-maddi irsin təməl dəyərlərinə əsasən inkişaf və intişar edən xalçaçılıq sənətinin zəngin ənənələri Dağ Borçalı-Allahverdi nahiyələrinin əl toxuculuğu və dekorativ rəssamlıq, miniatür-təsvir ocaqları da tariximizin mühüm səhifələrinə aiddir...

(Bu barədə növbəti yazımızda)

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

P.S. Yazının hazırlanmasında həm də Mehri nahiyəsi, Nüvədi kənd sakini Balakişi Balakişi oğlu Həsənovun (1939), Qapan nahiyəsinin Baharlı kənd sakini Heydərəli İsmixan oğlu Dünyamalıyevin (1939) və Urud kənd sakini Hilal Muradxan oğlu Tahirlinin (1949) məlumatlarından istifadə olunmuşdur.

Избранный
95
baki-xeber.com

1Источники