RU

Paşinyan diplomatları Zəngəzura yığır

Ermənistan Xarici İşlər Nazirliyinin adətən “səfir toplantısı” və ya “avqust müşavirəsi” adlanan illik toplantısı bu il avqustun 25-27-də Zəngəzurda, Qafan icmasında keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib.

Güman olunur ki, Zəngəzur təsadüfən seçilməyib. Vaşinqtonla İrəvan arasında məşhur “Tramp yolu” (Zəngəzur dəhlizi) sazişinin imzalanmasından sonra bu region və burada çəkiləcək “maneəsiz yol” Ermənistan xarici siyasətinin ən həssas nöqtəsidir.

Məlumata görə, erməni səfirlər həmin hissəyə aparılacaq, ərazi ilə tanışlıq olacaq və Zəngəzur dəhlizinin  ABŞ-a 99 illiyə icarəyə verilməsinin diplomatik məqsədləri açıqlanacaq.

Bu, Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, diplomatik nümayəndəliklərin və konsulluq müəssisələrinin rəhbərlərinin ənənəvi olaraq illik konfransıdır.

Bəzi məlumatlara görə, həmin günlərdə Ermənstanda akkreditə olunmuş xarici səfirlər də Zəngəzur bölgəsinə gedəcək, onlar da müqavilələrin təfərrüatları ilə tanış olacaqlar.

Избранный
16
2
modern.az

3Источники